"Bu gün mən Qarabağdakı keçmiş rejimlə rəsmi Bakının danışıqlarının bərpası ehtimalını sıfır faiz hesab edirəm".
Ednews xəbər verir ki, bunu Qarabağdakı "silahlı qüvvələrin" keçmiş “komandiri” və qanunsuz rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayan CivilNet ilə söhbətində deyib.
Onun sözlərinə görə, bu imkanlar artıq tükənib:
"Bir müddət əvvəl isə tükənmədiyini hesab edirdim. Həm Azərbaycan, həm də Ermənistan bərpa etməyə meylli deyil. Vaxt keçdi və məlum oldu ki, heç kim maraqlanmır. Zənnimcə, bu səhifə bağlanıb”, - deyə o bildirib.