“Mən Azərbaycan prezidentinin şəxsiyyətinə və ümumi fəaliyyətlərini qiymət verirəm. Gəlin elə biz də Azərbaycan nümunəsindən irəli çıxaraq, ölkəmizin suverenliyini təmin edək”.
Ednews xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı, NTV kanalının keçmiş baş direktoru, hazırda Ukraynada fəaliyyət göstərən Yevgeni Kiselev, jurnalist Vitali Portnikov ilə Ukrayna müharibəsininn müzakirəsi zamanı söyləyib.
“Mən Azərbaycan Prezidenti Əliyevin şəxsiyyətinə, rejiminə, haqlılığına, son illərdə apardığı siyasətə hər cür qiymət verirəm. Burada konkret bir nümunə var. O, Türkiyə ilə ittifaqda super təchizatlı müasir ordu yaratmağı bacardı və məqsədlərinə çatdı, Qarabağı fəth etdi, Qarabağ məsələsini tamamilə müzakirəyə bağladı. Prezident bunu Zelenskiyə və ya başqasına deyə bilməzmi? Gəlin elə biz də Azərbaycan təcrübəsinin yolu ilə gedək. Əvvəlcə qüvvələr toplayaq və silahlı qüvvələrinizi daha da müasirləşdirək. Bununla da əsas problemlərimiz həll olunsun”.
Daha sonra jurnalist Vitali Portnikov öz fikirlərini söyləməyə başlayıb. O, qeyd edib ki, İlham Əliyevin getdiyi yol ona Heydər Əliyevdən qalan vərasətdir:
"Prezident İlham Əliyev bu yolu tək gedən şəxs deyil, əslində atasının siyasi kursunun varisi olan bir insandır. Deməli, hər şey atadan gəlir. Heydər Əliyev, dövrünün görkəmli siyasi xadimidir. O, dağıntılar fonunda ölkənin ərazi bütövlüyünü bərpa etmək cəhdlərini məsuliyyətini öz üzərinə götürüb, Rusiyanın Azərbaycanın suverenliyini mahiyyət etibarilə məhv etmək cəhdləri dayandırmağı hədəfləyirdi. O, zaman ölkədə mövcud olan güc boşluğuna və digər problemlərə Heydər Əliyev özü də bu xahişə özünəməxsus şəkildə cavab verdi. İlham Əliyev də bu yolu davam etdirərək vəziyyəti sabitləşdirməyə nail oldu və bunun fonunda bəyan etdi ki, indi biz vuruşmayacağıq, məhv edilmiş ölkəmizi bərpa edəcəyik".
Əkbər Novruz