Şimali Koreyanın dörd gün öncə orbitə göndərdiyi süni peyk özünün casusluq vəzifəsini həyata keçirir.
Ednews Politica-ya istinadən xəbər verir ki, casus peyki Busan yaxınlığında ABŞ-ın “USS Carl Vinson” təyyarədaşıyan gəmisini aşkar edib.
Şimali Koreyanın hərbi dəniz donanması ABŞ-ın Uzaq Şərqdəki hərbi bazalarını aşkar etmək üçün yeni addımlar atacağını bildirib.