Aşqabadda Türkmənistan - Azərbaycan biznes forumu KEÇİRİLDİ

Siyasət 18:33 28.11.2023

Aşqabadda təşkil edilmiş Türkmənistan - Azərbaycan biznes forumunda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub, hər iki ölkənin biznes və investisiya mühitinə dair təqdimatlar keçirilib. 

Bu barədə Ednews-a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, Aşqabadda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkmənistanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Türkmənistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, kimya, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 60-a yaxın şirkət nümayəndəsi iştirak edib. 

Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan və Azərbaycan arasında iqtisadi-ticarət münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Bildirilib ki, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, dövlət əmlakının idarə edilməsi, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair mövcud sazişlər davamlı və səmərəli iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin formalaşdırıb. Türkmənistanla ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir.

Dost ölkə ilə investisiya əməkdaşlığı da genişlənir. Qarşılıqlı sərmayə qoyuluşu üçün münbit şərait var. Ticarət və investisiya sektorlarında dayanıqlı müsbət dinamikanın təmin olunması üçün ölkələrimizin işgüzar dairələri qarşılıqlı investisiya layihələrində fəal olmalıdırlar.

Perspektivli sahələrdən olan enerji, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal transformasiya, Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər istiqamətlər üzrə tərəfdaşlıq önəmlidir.

Forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sənaye zonalarının, azad edilmiş ərazilərimizdə iqtisadi reinteqrasiyanın investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib, Türkmənistan sərmayədarları ölkəmizin biznes fürsətlərindən fəal şəkildə yararlanmağa dəvət olunub. 

Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin davamlı inkişafı üçün işgüzar dairələr arasında biznes əməkdaşlığının intensivləşməsinin vacibliyini ifadə edib.

Qeyd edilib ki, müxtəlif formatlarda keçirilən görüş və tədbirlər, əldə edilən razılaşmalar işgüzar dairələr arasında tərəfdaşlığın möhkəmlənməsinə, birgə layihələrin gerçəkləşməsinə töhfə verəcək. 

Biznes forumda hər iki ölkənin investisiya iqlimi və biznes imkanlarına dair təqdimatlar keçirilib. Tədbir iş adamları arasında B2B formatında görüşlərlə davam etdirilib. 

"Müharibələrin olması dünyada beynəlxalq sülhün işləməməsidir" MÜSAHİBƏ

Xəbər xətti

Yunanıstan iqlim dəyişikliyi ilə mübarizədə əldə etdiyi nailiyyətləri nümayiş etdirir
10:20 13.11.2024
"Region ölkələrinə iqlim öhdəliklərini yerinə yetirmək üçün 3 trilyon dollar lazımdır"- Panafrikan Alyansı
09:49 13.11.2024
ABŞ İndoneziya ilə əməkdaşlığı gücləndirəcək
09:01 13.11.2024
" Ermənistanın qanunsuzluqlarını Beynəlxalq Ədalət Məhkəməsi araşdıracaq"- XİN
08:46 13.11.2024
Meksika sahillərində zəlzələ qeydə alınıb
08:30 13.11.2024
"İqlim dəyişikliyinin səbəbkarı qurbanlar yox, qaydaları müəyyən edənlərdir" Kamerunlu eko-aktivist
16:16 12.11.2024
"COP29- a gəlməyən Avropa ölkələri siyasi motivlər güdürlər" Serbiya Prezidenti
16:06 12.11.2024
Ilham Əliyev Ispaniya Baş Naziriylə Görüşüb
15:47 12.11.2024
"Ermənistanın COP29-da iştirak etməməsi itirilmiş fürsətdir"- Azərbaycan XİN rəhbəri
13:22 12.11.2024
"COP29 359 milyard dollarlıq adaptasiya üçün maliyyə boşluğunu bağlamalıdır" BMT-nin baş katibi
12:14 12.11.2024
"COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə verməyə çalışacaq"- İlham Əliyev
12:04 12.11.2024
"COP29-un ilk günü Azərbaycan üçün qalibiyyətlə başa çatdı" - “Financial Times”
10:33 12.11.2024
ƏTİ tədbir keçirdi
10:12 12.11.2024
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb
18:47 11.11.2024
İlham Əliyev Belarus Prezidenti ilə görüşüb
18:44 11.11.2024
İSESKO və TDT rəhbərləri Bakıda əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər
18:40 11.11.2024
BAMF COP29-da İqlim Böhranına qarşı QHT-lərin rolu mövzusunda müzakirə təşkil edib
17:58 11.11.2024
"Biz birlikdə bütün dünya üçün daha yaxşı gələcəyə çalışacağıq" Denis Beçiroviç
17:49 11.11.2024
Azərbaycan dövlət başçısı Finlandiya Prezidenti ilə görüşüb
17:08 11.11.2024
Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb
17:03 11.11.2024
"Ermənistana COP-da iştirak üçün dəvət göndərilib, lakin iştirak edib-etməmək öz qərarlarıdır" Azərbaycan Prezidenti
16:59 11.11.2024
"Gürcüstan regionda sülhə sadiqdir"
16:47 11.11.2024
Rəşad Nəbiyev Avropa Yenidənqurma və İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
16:05 11.11.2024
“Greenpeace”in nümayəndələri Paris Sazişi üzrə öhdəliklərin yerinə yetirilməsinə çağırır
16:02 11.11.2024
"İstixana qazları tullantılarının azaldılması dövlətlərdən qətiyyətli qərarlar tələb edir" TAPP Koalisiyasının icraçı direktoru
14:52 11.11.2024
Tramp Baydenin sərəncamlarını ləğv etmək istəyir
14:07 11.11.2024
BMT-nin Baş Katibi COP29-a Gəldi
13:36 11.11.2024
Gürcüstan Parlament Sədri Avropalı deputatları görmək istəmədi
13:21 11.11.2024
Yaponiyanın yeni baş naziri məlum oldu
12:41 11.11.2024
Sərdar Ortaç və Məhmət Əli Ərbil saxlanılıb
12:28 11.11.2024
"İqlim dəyişikliyinin fəsadlarından qorunmaq üçün trilyonlarla dollara ehtiyac var" BMT-nin xüsusi məruzəçisi
12:21 11.11.2024
COP29-un Prezidenti ölkələri səylərini birləşdirməyə çağırıb
12:03 11.11.2024
Muxatar Babayev COP29 Prezidenti Seçildi
11:52 11.11.2024
COP29 Başladı
10:12 11.11.2024
İsrail ordusu "İslami Cihad"ın rəhbərini zərərsizləşdirib
09:03 11.11.2024
İsrail ordusu Dəməşqi atəşə tutdu
22:07 10.11.2024
"Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısı alınıb"- DİN:
14:22 10.11.2024
Ukrayna PUA-ları Moskvanı bomvardman etdi
12:14 10.11.2024
Ukrayna satılır?
11:30 09.11.2024
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür
10:28 09.11.2024
Hamısı