"Amerika heç vaxt Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində olmadığını deməyib".
Ednews xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
"Biz Azərbaycan və Ermənistanla birbaşa danışıqları davam etdiririk. Davamlı sülh axtarışında onlarla işləyirik. Bu, həmişə bizim diqqətimizdə qalacaq", - deyə o, qeyd edib.