Danimarkanın Rusiyadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Ednews TASS-a istinadən xəbər verir ki, buna xarici şirkətlərin Rusiyadakı fəaliyyəti ilə bağlı ölkə mətbuatında yayılan təxribat xarakterli bəyanatları səbəb olub.
“Danimarka səfirinə bildirilib ki, onun ölkə iqtisadiyyatı və hüquqi əsaslarla bağlı dəyərləndirmələri qəbuledilməzdir”, - deyə Rusiya XİN-dən səfirə bildirilib.