“Avropa İttifaqı (Aİ) Ukrayna ilə üzvlüklə bağlı danışıqlara başlasa, dəhşətli səhvə yol verəcək, çünki bu, Aİ daxilindəki birliyi məhv edə bilər”.
Ednews xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban ölkənin “Mandiner” nəşrinə müsahibəsində deyib.
Baş nazir üzvlüyə alternativ olaraq Ukrayna ilə strateji tərəfdaşlıq sazişinin bağlanmasını təklif edib.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ötən gün üzvlüklə bağlı danışıqlara başlamaq barədə Macarıstandan ilk müsbət siqnal alındığına dair açıqlama verib.