“Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı yeddi ilkin şərt var idi, lakin Ukrayna onlardan üçünü yerinə yetirmədi”.
Ednews xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban yerli jurnalistlərə açıqlamasında bildirib.
“Yeddi ilkin şərt var idi, yerinə yetirilmədi. Odur ki, artıq Ukrayna ilə icmaya qoşulmaq üçün danışıqların başlanmasını müzakirə etməyin mənası yoxdur”.