Ermənistan hakimiyyəti sülh müqaviləsini elə “qablaşdırır” ki, 20-25 ildən sonra mənim nəvələrim müharibəyə gedəcəklər. Onlara elə gəlir ki, onlar sülhə gedirlər; amma bu sülh deyil, müharibədir! Siz sadəcə onu bir nəsildən digərinə ləngidirsiniz.
Ednews xəbər verir ki, bu fikirləri Ermənistanın NEWS.am saytına müsahibəsində Təhlükəsizlik Şurasının keçmiş katibi və qondarma respublikanın keçmiş müdafiə naziri Samvel Babayan bildirib.
“Azərbaycanda savadlı, düşünən insanlar əgər varsa, 300 ildir bir-biri ilə vuruşan xalqılar, daha 300 il mübarizəni davam etdirməsin, biz öz “oyunumuzu” oynamaq məcburiyyətindəyik. Uzun müddətdir ki, öz qərarlarımızı biz deyil, öz maraqlarını irəli sürən supergüclər qərar veriblər. Təklif edirəm ki, biz öz “oyunumuzu” Azərbaycanla koordinasiyada oynayaq. Azərbaycan dərk etməlidir ki, “Artsax” muxtar respublika olmalıdır, sülh olması üçün iki xalq barışmalı, region iqtisadi, siyasi, logistik inteqrasiya yolu ilə getməlidir, bu bizim gələcəyimizdir”.
Əkbər