Xəbər verdiyimiz kimi, İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində altı türk əsgəri şəhid olub.
Ednewsə xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də “Yüz ilin dəyişimi İstanbul” konfransında çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin qisasının alındığını qeyd edib.
“Türkiyə hərbçilərinə qarşı xain hücum terrorçulara baha başa gəldi. İndiyədək 12 terrorçu məhv edilib. Sərhədlərimizdə terrorçu qruplaşmanın olmasına icazə verməyəcəyik. Bütün imperialist güclər bunu bilməlidir”, - deyə Ərdoğan bildirib.