Yaponiya baş naziri Fumio Kişida mediaya çıxışı zamanı bildirib ki, Yaponiya Rusiya ilə sülh danışıqlarına və hətta sülh müqaviləsinə hazırdır.
Ednews Reuters-ə istinadən xəbər verir ki, buna rəğmən Yaponiya Rusiyaya sanksiyalar tətbiq etməkdə davam edəcəyini açıqlayıb.
Kişida açıqlaması zamanı qeyd edib ki, Ukraynanın müharibədə məğlub olması təkcə Avropa yox, həm də Asiya dövlətlərinin müstəqilliyi və təhlükəsizliyi üçün çox önəmlidir.
Xəbərə görə nazir İkinci Dünya müharibəsindən bəri iki ölkə arasında sülh müqaviləsinin olmamasını da vuqğulayaraq yeni bir müqaviləyə ehtiyac olduğunu bildirib.
Fərid