Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kris Allan Bakıda səfərdədir.
Ednews xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld X sosial şəbəkəsində yazıb.
"XİN nümayəndəsi Kris Allanı ilk dəfə Bakıda qarşılamaqdan çox məmnunam. Biz ikitərəfli əlaqələri gücləndirmək üçün hökumət rəsmiləri ilə səmərəli müzakirələr apardıq. Əməkdaşlıq imkanlarını araşdırmaq üçün Beyin Mərkəzləri ilə şam yeməyi günümüzün yaxşı sonluğu oldu", deyə o, qeyd edib.