Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İlham Əliyevi növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik ediblər.
Ednews xəbər verir ki, Belarus liderinin mətbuat xidməti liderlərin İlham Əliyevə zəng etdikləri anın görüntülərini yayıb.
Bildirilib ki, telefon danışığı Lukaşenko Daşkənddə olarkən baş tutub.
Qeyd edək ki, fevralın 7-də Belarus prezidenti Aleksandr Lukaşenko Özbəkistana rəsmi səfərə gedib.