ABŞ-da prezidentlik üçün ən böyük namizəd olan Donald Trampın NATO-ya maliyyə vəasitlərini ödəməyən Avropa dövlətlərinin Rusiya tərəfindən işğal olunmasını təşviq etməsi dünya siyasətində gündəm olub.
Ednews euronews-a istinadən xəbər verir ki, Tramp bunu NATO-nun hərbi təlimləri üçün maddi vəasitləri ödəməkdən yayınan dövlətlər üçün deyib.
Bununla bağlı Polşa, Almaniya və Fransa hökümətləri potensial qitə müharibəsi üçün birgə hərbi və iqtisadi əməkdaşlığın yaradılmasına start verib.
Bu üç ölkə liderləri keçirilən görüş zamanı Donald Trampın yenidən hakimiyyətə gələ biləcəyini və Rusiyanın işğalına göz yummasından naraht olduqlarını bildiriblər.
Polşanın yeni baş naziri Task bildirib: "Bizim Rusiyadan hərbi baxımdan daha zəif olmağımız üçün heç bir səbəb görmürəm".
Qeyd edək ki, Trampın açıqlamsı tam olaraq belə idi: "Avropa dövlətləri NATO üzvlüyü haqqını ödəməlidir və ödəyəcək. Əks halda mən Avropanı müdafiə etməcəyəm".
Trampın hakimiyyəti üçün hazırlıqlara indidən başlayan Avropa dövlətləri Rusiyaya qarşı üçlü müdafiə sistemi yaradacaq.
Fərid