Ərəb Parlamentinin sədri AŞPA-nı Azərbaycana görə tənqid etdi

Siyasət 17:55 13.02.2024

Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

Bu barədə Ednews-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktubda deyilir: “Ərəb Parlamenti AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmamasına dair qəbul etdiyi qətnamə ilə tanış olub.

Ərəb Parlamenti bu qətnamənin qəbul olunması ilə bağlı dərin təəssüfünü bildirir. Azərbaycan Respublikası ərəb dövlətlərinin yaxın dostu və strateji tərəfdaşı olmaqla yanaşı, həm Avropa, həm də dünya miqyasında mədəni müxtəlifliyin qorunmasında, həmçinin sivilizasiyalararası dialoqun təşviq olunmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür və qurumun fəaliyyətlərinin təşviqində, habelə təşkilatın məqsəd və prinsiplərinə nail olunmasında mühüm yer alır. Azərbaycan qlobal səviyyədə gərginliyin azaldılması, münaqişələrin qarşısının alınması istiqamətində səylərini əsirgəməməkdədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu istiqamətdə əldə olunmuş uğurlar bunun əyani sübutudur.

Azərbaycan Milli Məclisinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi fəaliyyət göstərdiyi qısa müddət ərzində dialoq və əməkdaşlıq dəyərlərinin və prinsiplərinin təşviq olunmasında, həmçinin sülhün və tolerantlıq mədəniyyətinin yayılmasında qlobal rol oynamağa başlayıb.

Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq çoxtərəfli təşkilatlar öz fəaliyyətlərində dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə əsaslanırlar. Belə təşkilatlar əməkdaşlığın genişləndirilməsi üçün platforma rolunu oynamaqla yanaşı, dünyada artan münaqişələr və fikir ayrılıqları zamanı güclərini və birliklərini itirməməlidirlər.
Bundan əlavə, çoxtərəfli parlament diplomatiyası baxış nöqtələrini uzlaşdırmaq üçün bir vasitə olaraq qalmalı, hər hansı fikir ayrılığı qarşısında müqavimət divarı kimi çıxış etməli, sülh və tolerantlıq prinsiplərinin yayılması üçün əlavə dəyər olmalıdır".

Ərəb Parlamenti bir daha Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmaması ilə bağlı təəssüfünü bildirir, AŞPA-nın əsasını təşkil edən dialoqa və əməkdaşlıq prinsiplərinə zidd olan bu qətnaməyə yenidən baxılmasında AŞPA sədrinin şəxsi və peşəkar dəstəyinə ümid edir, AŞPA ilə Azərbaycan Milli Məclisini tez bir zamanda birbaşa dialoqa səsləyir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı