Milli Məclis prezident seçkilərində qələbə münasibəti ilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib.
Ednews xəbər verir ki, bu barədə Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gündəlikdə 8 məsələ var. İlk məsələ "Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələdir.