Ukraynadakı müharibədə Türkiyəni yanlış mövqeyə çəkmək istəyənlər var idi.
Ednews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, müharibədə Qərbin istədiyi kimi yox, ədalətli mövqedən çıxış ediblər:
"Biz usta şahmatçılar kimi davrandıq. Nəticədə Türkiyənin təhlükəsizliyini təmin edə bildik".