Rusiya Avropa banklarındakı maddi vəsaitlərinin dondurulması ilə bağlı cavab addımı atacağını bildirib.
Ednews Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva bu barədə eyni məqsədli fəaliyyətə başlayacağını vurğulayıb.
Avropa banklarında Rusiyanın ümumilikdə 280 milyard avroluq vəsaiti var.
Xəbərə görə, Moskva buna cavab olaraq Rusiya ərazisində Qərb şirkətlərinin fəaliyyətini məhdudlaşdıracağını bildirib.
Rəsmi Moskva bildirib ki, höküməti Avropa şirkətlərinin fabrik və zavodlarını milliləşdirə və gəlirləri dövlətə yönləndirə bilər.
Fərid