Aİ Ermənistanla hansı sahələrdə əməkdaşlıq edəcəyini ilə bağlı hesabat dərc edib.
Ednews xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Borrell, Avropa Parlamentinə verdiyi hesabatda bildirib.
Belə ki, hesabatda Alyansın Ermənistanla 3 blokdan ibarət tərəfdaşlıq gündəliyi təklif edilib:
▪️ “Ticarət, enerji və aviasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməklə” “Ermənistanın dayanıqlığının” gücləndirilməsi və iqtisadiyyatının şaxələndirilməsi. “Ermənistan vətəndaşları üçün mühüm siyasi siqnal olacaq” viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması.
▪️ Xarici və təhlükəsizlik siyasəti məsələləri, eləcə də “ermənilərin Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirakının mümkünlüyü” üzrə dialoqun genişləndirilməsi.
▪️Ermənistan iqtisadiyyatına investisiyaların artırılması və “Qara dənizin sualtı elektrik ötürücü xətti layihəsində iştirakının dəstəklənməsi”
Qeyd edək ki, Borrelin Avropa Parlamentinə məruzəsini beynəlxalq əməkdaşlıq üzrə Avropa komissarı Urpilaynen oxuyub.
Əkbər