Gürcüstan Prezidenti Salome Zurabişvili azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib.
Ednews xəbər verir ki, Prezident “Facebook" paylaşımında Novruz bayramının azərbaycanlılar üçün firavanlıq gətirməsini dilədiyini bildirib.
"Mən azərbaycanlı həmvətənlərimizin Novruz bayramını təbrik edirəm. Qoy təbiətin yenilənməsinin qeyd edildiyi bu gözəl bahar bayramı sizin həyatınıza xoşbəxtlik və firavanlıq gətirsin", - Zurabişvili qeyd edib.