"Metsamor AES-in fəaliyyəti, Ermənistanın terrorçu niyyətinin göstəricisidir"
Bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Aztv-ə çıxışı zamanı qeyd edib.
Daha sonra o bildirib:
"Təkcə Azərbaycan üçün yox, region üçün bəlaya çevrilmiş Metsamor Atom Elektrik Stansiyasının dayandırılması və fəaliyyətinin birmənalı şəkildə ləğv olunmasının zamanı gəlib çatıb. 1988 -ci ildə baş vermiş Spitak zəlzələsi nəticəsində Atom Elektrik Stansiyası böyük zərər görmüşdür. Bu stansiya regionumuz üçün həqiqətən böyük bir təhlükədir. Metsamor tərəfindən Araz çayının çirkləndirilmışəsi isə ayrı bir zərərdir".
Umud Mirzəyev bildirib ki, Metsamor Atom Elektrik Stansiyası Türkiyə yaşayış məntəqələrinin 16 km-liyində yerləşir. Bu böyük bir təhlükədir.
Daha ətraflı videoda:
Xəyal Ramiz