ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva

Siyasət 11:30 28.03.2024

"Cənubi Qafqaz regionunda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması Qərbin marağında deyil. Aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Ermənistan-Avropa İttifaqı müştərək konfransı əslində hərbi paktdır və bu pakt regionda sabitliyə, sülhə qarşı yönəlib. Yəni, Görünən budur ki, Qafqazda ikinci Ukrayna ssenarisinin reallaşdırılması istiqamətində cəhdlər var və məqsəd regionda ikinci cəbhəni açmaqdır".

Bu sözləri Ednews-a açıqlamasında xanım deputat Könül Nurullayeva deyib. Onun sözlərinə görə, bu, Azərbaycana təzyiq və hərbi müdaxilə planının tərkib hissəsidir və bununla Ermənistan revanşa həvəsləndirilir. 

"Çünki ABŞ və Avropa Azərbaycanın öz ərazilərini azad etməsi, suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə barışmaq istəmir. Halbuki Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi rəsmi Bakı tərəfindən irəli sürülüb və biz münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirmişik. Amma 44 günlük müharibədən sonra Qərb 3 il ərzində “humanitar fəlakət” bəhanəsi ilə Azərbaycan rəhbərliyinə qarşı  təzyiq kampaniyası apardı. Avropalı siyasətçilərin Qarabağa qanunsuz səfərləri təşkil edildi, separatizmə açıq dəstək verildi. Lakin bunların heç biri nəticə vermədi. Azərbaycanın antiterror tədbirləri Qərbin planlarını alt-üst etdi. Bu səbəbdən indi Azərbaycana qarşı hərbi planlar qurulur.

Xanım deputat qeyd etdi ki, Kollektiv Qərb Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq planlarını yeniləməkdədir:

"Belə ki, XX əsrin sonlarında ABŞ və Avropa Ermənistandan istifadə edərək, Azərbaycan torpaqlarının işğalı üçün ona hərtərəfli dəstək vermişdi. Bu gün isə Ermənistan yenə hərbiləşdirilir və dəstəklənir. Azərbaycan isə 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb. Rəsmi Bakının bəyan etdiyi kimi, bu davranışlar Ermənistandakı revanşist qrupları Azərbaycana qarşı daha radikal mövqe tutmağa sövq etməklə yanaşı, cəmiyyətdə “Qərbin” sülh prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyini dəstəklədiyi illüziyası yaradır".

Əkbər Novruz

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Hamısı