“Ermənistanın rəhbəri Paşinyan Brüsseldə ABŞ dövlət katibi və Avropa İttifaqının rəhbəri ilə çox uğurlu danışıqlar aparıb. ABŞ və Aİ-dən Ermənistana kütləvi hərbi yardım elan edilib".
Ednews xəbər verir ki, məsələ ilə bağlı bu fikirləri politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında yeni müharibə başlaya bilər:
"Və dərhal Azərbaycanla sərhəddə hərbi gərginlik yaranıb. Paşinyan bu yolla ABŞ və Aİ-dən daha çox hərbi yardım almağa çalışır? Ermənistan Ukrayna yolu ilə gedirmi? Yoxsa Ermənistanı Ukrayna yolu ilə sıxışdırırlar?
Çoxları hesab edir ki, yaxın günlərdə Azərbaycanla Ermənistan arasında yeni kiçik müharibə baş verə bilər. ABŞ və Aİ Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirmək üçün əsas yaratmağı xahiş ediblər?”
Fərid