"Azərbaycanlılar elə bilirdilər ki, biz mülki əhaliyə əl qaldıra bilmərik".
Ednews xəbər verir ki, bu sözləri Ermənistanın 3 - cü prezidenti və Xocalı soyqırımının səbəbkarlarından olan Serj Sarkisyan söyləyib.
Qeyd edək ki, bu fikirlər Sarkisyan tərəfindən BBC News Ruscanın çəkiliş qrupuna Qarabağ müharibəsi və Xocalı faciəsini danışdığı 2 il öncə yayımlanan müsahibədə səsləndirilib.
Artıq üzərindən keçən bu 2 il ərzində bu cəlladların Xocalıda törətmiş olduğu faciələrin bariz qalıqlarını aşkar etdik. Bunun üzərinə bu etirafların bariz sübutları AzTV tərəfindən aşkara çıxardılaraq, reportaj halına salınıb.
Serj Sarkisyan cəlladının iyrənc etirafları və Xocalıda aşkar edilən insan qalıqların nümayiş etdirildiyi reportajı təqdim edirik: