ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdəki hadisələrlə əlaqədar təhlükəsizlik qrupu ilə məsləhətləşmələr üçün təcili olaraq Ağ Evə qayıdıb.
Ednews xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edək ki, Qəzzada məskunlaşanların fələstinlilərlə toqquşması baş verib. Hadisə nəticəsində xeyli sayda insan yaralanıb.
Bu səbəbdən İDF İordan çayının qərb sahilinə əlavə qüvvələr göndərmək qərarına gəlib.
Qarşıdurma bir israilli yeniyetmənin bölgədə öldürülməsindən qaynaqlanıb.