Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana rəsmi səfər edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
Mənbə yazır ki, Tokayevi Zvarnots Hava Limanında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.
Qazaxıstan prezidenti İrəvana səfəri çərçivəsində erməni həmkarı Vaaqn Xaçaturyan, eləcə də Baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla görüşəcək.