Sarvan Cəfərov: Şirkətlərlə 100,5 min hektar sahədə pambıq istehsalı üçün müqavilə bağlanılıb

Siyasət 19:30 22.04.2024

Aprelin 22-dək respublika üzrə pambıq emalı və tədarükü şirkətləri tərəfindən 15 167 mülkiyyətçi ilə 100,5 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb.

Ednews xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov nazirlikdə keçirilən pambıqçılığa həsr olunmuş iclasda bildirib.

Onun sözlərinə görə, həmin sahələrin 98,3 min hektarında şum işləri başa çatdırılıb, 48.3 min hektarında arat aparılıb: “Hazırkı dövrdə ölkə üzrə 38 min ha sahədə çiyid səpini həyata keçirilib və pambıqçılıq rayonlarında çiyid səpini prosesi davam edir”.

S. Cəfərov bildirib ki, pambıqçılıq ölkəmizdə güclü ənənələri olan kənd təsərrüfatı sahələrindən biridir. O qeyd edib ki, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, dövlət tərəfindən pambıqçılığın inkişafına dəstək tədbirləri davam etdirilir.

Tədbirdə cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflər müzakirə edilib. Pambıqçılıq sahəsində innovativ becərmə, müasir suvarma texnologiyalarının və qabaqcıl təcrübələrin tətbiqinin genişləndirilməsi, elmi-tədqiqat müəssisələri tərəfindən yüksək keyfiyyət göstəricilərinə malik tez yetişən pambıq sortlarının yaradılması, pambıqçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə qısa müddətli təlim kurslarına cəlb edilməsi, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər qeydə alınıb.

İclasda pambıq toxumçuluğunun inkişaf etdirilməsi, toxuma olan tələbatın yerli istehsal hesabına təmin olunmasının prioritet vəzifələrdən olduğu bildirilib. Pambıq toxumçuluğun inkişaf etdirilməsi və toxumçuluq təsərrüfatlarının yaradılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyi vurğulanıb. Tədbir iştirakçıları yerli pambıq toxumçuluğunun inkişaf perspektivləri barədə danışıb, pambıq toxumu istehsalı ilə əlaqədar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə əlaqələrin daha da genişləndirilməsinin zəruri olduğunu bəyan ediblər.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, pambıqçılığa həsr olunmuş iclasda Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumlarının məsul şəxsləri, Pambıq İstehsalçıları Assosiasiyasının üzvləri, pambıq tədarükü və emalı şirkətlərinin rəhbərləri iştirak ediblər.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Rusiya bu il Azərbaycanda yeni sənaye parkının yaradılmasına ümid edir
07:55 12.05.2025
Omanda İran-ABŞ danışıqlarının növbəti raundu keçirilib
06:25 12.05.2025
Bitkoinin qiyməti bu il ilk dəfə 105 min dolları ötüb
06:07 12.05.2025
Hamısı