Ermənistanda və Gürcüstanda keçirilən etiraz aksiyaları Azərbaycana necə təsir edəcək? - ŞƏRH

Siyasət 14:00 06.05.2024

Ermənistanda və Gürcüstanda keçirilən etiraz aksiyaları Azərbaycana necə təsir göstərə bilər? Cənubi Qafqazda yenidən gərginlik yaradılır və bunun arxasında hansı qüvvələr dayanır?

Mövzu ilə bağlı Ednews-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirdi ki, Ermənistanda və Gürcüstanda vəziyyətin gərginləşməsinin fərqli səbəbləri mövcuddur. Onun sözlərinə görə, İrəvanda Baş Nazir Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində apardığı siyasəti qəbul etməyən qüvvələr, xüsusilə, Qarabağ erməni klanının tör-töküntüləri Baş Nazirə qarşı əllərində olan imkanlardan istifadə etməyə çalışırlar:

"Əsas məqsədləri hakimiyyəti devirmək və ölkənin siyasi kursunu dəyişmək və Azərbaycanla münasibətlərin normallaşdırılmasının qarşısını almaqdır. Gürcüstanda isə 2014-cü il Ukraynada baş verən Maydan hadisələrinin təkrarı baş verir. Orada da Yanukoviç hökumətinin Avropa ilə inteqrasiyasına qarşı çıxması xalq kütlələrinin küçələrə tökülməsi və hakimiyyəti devirməsi ilə nəticələndi. Amma sonradan hakimiyyətə gəlmiş qüvvələrin Avropa və NATO ilə birləşməyə can atmaları Rusiyanın bu ölkəyə hücuma keçməsi ilə nəticələndi. Ukraynanın hazırki vəziyyəti göz önündədir. Düşünmürəm ki, hər hansı bir ölkə onun yerində olmağı arzulasın. Gürcüstanda da hakimiyyətdə olan "Gürcü arzusu" partiyasının Avropa İttifaqı ilə nəzərdə tutulan yaxınlaşmaya qarşı çıxması və buistiqamətdə real addımlar atması xalqın növbəti dəfə küçələrə tökülməsi ilə müşayiət olunur.

Bu çıxışların nə ilə nəticələnəcyini proqnozlaşdırmaq mümkün olmasa da "Gürcü arzusunun" arzusuna çıxacağını gözləmək olar. Yəni onlar parlamentə təqdim etdikləri "Rusiya qanununu" təsdiq etdirəcək və bununla da Avropa İttifaqı institutları ilə yaxınlaşma prosesini donduracaqlr. Narazı qüvvələrin ayağa qalxması iqtidara ciddi təsir göstərməyəcəyini düşünürəm. Bu iki Cənubi Qafqaz Respublikasında vəziyyətin öz məcrasından çıxması, regiona heç də yaxşı heç nə vəd etmir. Bu hadisələrin təsiri təkcə regionda deyil, regiona yaxın olan dövlətlərdə də öz təsirini göstərəcək. Biz isə hadisələrin istənilən istiqamətdə inkişafına hazır olmalıyıq".

Oğuz

Niyə məhz Aktau? Qəza barədə mühüm detallar açıqlandı

Xəbər xətti

ZAMANIN DƏYİŞMƏZ BÖYÜK ADAMI…
22:22 15.01.2025
"Qəzza danışıqlarında həll olunmamış məqamlar var"
21:27 15.01.2025
Rusiya İstintaq Komitəsi "Aktau Faciəsi" ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib
20:29 15.01.2025
"Ukrayna və ABŞ inauqurasiyadan sonra Trampla görüş üzərində işləyir"
17:56 15.01.2025
HƏMAS Qəzza razılaşmasına "yaşıl işıq" yandırdı
17:14 15.01.2025
Cənubi Koreyanın sabiq Prezidenti təcridxanaya göndərildi
16:56 15.01.2025
"Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm"
16:34 15.01.2025
"Karasevin Azərbaycanın ünvanına təhqiramiz ifadələri qınanmalıdır"
16:19 15.01.2025
"Bakıda 165 nömrəli marşrutun avtobusları yenilənir"
15:58 15.01.2025
Premyer Liqadakı güclü komandalara rəqib olacağıq"
15:49 15.01.2025
İlham Əliyev Engin Altan Düzyatanı təltif etdi
15:37 15.01.2025
"Yaxın gələcəkdə imtahanlar rəqəmsal formada keçiriləcək"
15:27 15.01.2025
PKK və YPG Suriya sərhədindən çıxarıldı
15:23 15.01.2025
"Kosmetoloqların da sənədləri yoxlanılmalıdır"
15:11 15.01.2025
İsrail İranın aldığı avadanlıqlara zərər verir
14:49 15.01.2025
"Media haqqında" və "Reklam haqqında" qanunlara dəyişiklik ediləcək
14:46 15.01.2025
Metapnevmavirusla bağlı risk qrupunda olanlar açıqlandı
13:38 15.01.2025
Mir Kamil Ağazadə Şeirlər
13:25 15.01.2025
İranda təlim təyyarəsi qəzaya uğradı
13:18 15.01.2025
BEA qlobal neft hasilatı üzrə proqnozunu açıqlayıb
13:13 15.01.2025
Prezident İlham Əliyev dini qurumlarla bağlı sərəncam verdi
13:08 15.01.2025
Rusiya Ukraynanı artilleriya atəşinə tutdu
12:54 15.01.2025
Ermənistan Rusiyaya nota verdi
12:51 15.01.2025
"ABŞ ilə saziş ölkəmizi fəlakətə sürükləyə bilər"
12:48 15.01.2025
ATƏT-in sədri Cənubi Qafqaza gəlməyi planlaşdırır
12:39 15.01.2025
"Prezidentin yerində olsaydım, o tələbəni...”
12:35 15.01.2025
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
12:29 15.01.2025
Ermənistan İŞİD-ə qarşı koalisiyaya qoşulacaq”
12:08 15.01.2025
AZAL-ın "qara qutuları" Qazaxıstana aparıldı
11:58 15.01.2025
Kaliforniyada meşə yanğınlarının iki yeni ocağı qeydə alınıb
11:53 15.01.2025
ABŞ-ın qüvvələrinin sərhədimizə yeridilməyində məqsəd nədir?
11:42 15.01.2025
İlham Əliyev AQEM-in Baş katibini qəbul edib
11:39 15.01.2025
"Embawood" cərimələndi
11:37 15.01.2025
Şuşa və Xocalıya daha 135 nəfər qayıtdı
11:35 15.01.2025
"Azərbaycanlıların Ermənistandan qovulması pislənilməlidir"
11:22 15.01.2025
COP29 könüllülərinə pul mükafatı ayrılıb
11:20 15.01.2025
NATO Baltik dənizinin neytral ərazilərinə də nəzarət edəcək?
11:11 15.01.2025
Odlu silah satmaq istəyən şəxs saxlanılıb
11:08 15.01.2025
"Tramp administrasiyası ilə dialoqa açığıq"
10:55 15.01.2025
Hüseynbala Mirələmovun səhhəti pisləşdi
10:07 15.01.2025
Hamısı