“Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi dəstəyi gücləndirəcək”.
Ednews xəbər verir ki, bunu Fransa prezidenti Emanuel Makron sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırarkən deyib.
“Ukraynada gələcəyimiz və təhlükəsizliyimiz təhlükə altındadır. Ona görə də mən təklif etdim ki, biz Kiyevə daha çox yardım göstərməliyik və bunu yaxın həftələrdə edəcəyik”, - deyə Fransa lideri bildirib.
Makron qeyd edib ki, ukraynalıları daha çox texnika ilə təmin etmək lazımdır.