Avropa İttifaqı (Aİ) Şurası Ukraynanın növbəti dörd il üçün kompleks islahat planını təsdiqləyib.
Ednews xəbər verir ki, bu barədə Aİ-nin saytında yerləşdirilən məlumatda bildirilib.
Məlumata görə, bu planın həyata keçirilməsi Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro məbləğində yardım almağa imkan verəcək və ölkəni təşkilata üzv olmağa yaxınlaşdıracaq.
Bundan əlavə, 2024-cü il martın 1-dən qüvvəyə minən dəstək proqramı 2024-cü ildən 2027-ci ilə qədər Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi üçün qrantlar və kreditlər şəklində 50 milyard avroya qədər sabit maliyyələşdirməni nəzərdə tutur.