Rusiya diplomatları yalnız Polşa Xarici İşlər Nazirliyinin icazəsi ilə ölkə ərazisində səyahət edə biləcəklər.
Ednews-un məlumatına görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski mətbuat konfransında deyib.
Belə ki, rusiyalı diplomatlar yalnız Masoviya, konsullar isə yalnız işlədikləri voyevodalıqlar daxilində səyahət edə biləcəklər.
Eyni zamanda, Sikorski elan edilmiş məhdudiyyətlərin Rusiyanın Polşadakı səfirinə birbaşa təsir etməyəcəyinə söz verib.
Nazirin sözlərinə görə, yerli polis rusiyalı diplomatların hərəkətlərinə nəzarət edəcək. Məhdudlaşdırıcı tədbirlərə əməl etmədiklərinə görə onlar ölkədən çıxarılacaqlar.
Sikorski izah edib ki, onun idarəsi artıq müvafiq qeyd hazırlayıb və sənəd Rusiya Federasiyasının Varşavadakı səfirliyinə göndəriləcək.