"Əgər sizə, erməni qardaşlarım, milli ideya lazımdırsa və onun yoxluğunu ağrılı şəkildə yaşayırsınızsa, siz ermənilərin kim olduğunu sorğulamalısınız. Əgər siz öz uşaqlarınıza və nəvələrinizə erməni milləti hissini, erməni birliyi hissini ötürmək istəyirsinizsə, siz ermənilərin kim olduğunu sorğulamalısınız."
Ednews xəbər verir ki, bu fikirləri erməni politoloq Filip Ekozyants bildirib:
"Əgər siz dünyanın hər hansı bir yerində olan öz xalqınızın nümayəndələri ilə əlaqələri saxlamaq və dəstəkləmək istəyirsinizsə, siz ermənilərin kim olduğunu sorğulamalısınız. Ermənilərə aid olmağın bütün əsas meyarlarını müəyyənləşdirmək lazımdır. Bu suala cavab verməkdən imtina edərək, sadəcə başınızı quma soxursunuz və bu meyara görə siz erməni deyilsiniz, kim olduğunuzu yaxşı bilirsiniz!"
Daha ətraflı videoda: