İspaniyanın “20 Minutos” nəşrində Azərbaycanın üzləşdiyi mina probleminə dair məqalə dərc olunub

Siyasət 23:08 09.07.2024

İspaniyada yayımlanan “20 Minutos” nəşrində Azərbaycanın üzləşdiyi mina problemi, o cümlədən mina hadisələrinin qurbanları, minatəmizləmə fəaliyyəti və minaaxtaran qadınlardan bəhs edən məqalə dərc olunub.

Ednews xəbər verir ki, bu ilin mayında ölkəmizdə səfərdə olmuş və azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətini yaxından müşahidə etmiş jurnalist-fotoqraf Qervasio Sançez Fernandez tərəfindən qələmə alınan məqalədə təxminən 35 il davam etmiş münaqişə nəticəsində işğal altında olmuş ərazilərdə bütün şəhər və kəndlərin xarabalığa çevrildiyi bildirilib.

Yazıda xüsusi vurğulanıb ki, Qarabağ dünyanın piyada və tank əleyhinə mina və partlamamış hərbi sursatla (PHS) ən çox çirklənmiş ərazilərindən biridir. Hesablamalara görə, bu ərazilərdə ən azı 1,5 milyon mina basdırılıb və onlar hər an partlaya bilər. Müəllif 1991-ci ildən 2024-cü il mayın 2-dək mina qurbanlarının sayının 3500-ə yaxın olduğunu bildirib. Qeyd edib ki, mina qurbanlarından 358 nəfəri uşaq, 38-i isə qadındır. Son üç il yarım ərzində mina qurbanlarının sayı 359 nəfər təşkil edir ki, onların yarısı mülki şəxslərdir. Mina qurbanlarından 67-si həlak olub. Qalanları ağır xəsarət alıb, bir çoxlarının bədən üzvlərinin bir hissəsi amputasiya edilib. Bu faciəvi hadisələrin böyük əksəriyyəti minatəmizləmə əməliyyatları, kənd təsərrüfatı işləri və infrastrukturun bərpası prosesi zamanı baş verib.

Məqalədə İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra Azərbaycanın ərazidə minatəmizləmə işlərinə başladığı qeyd olunub, bu istiqamətdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi – ANAMA tərəfindən bu istiqamətdə işlər fasiləsiz davam etdirilir. ANAMA-nın 2300 nəfərdən ibarət komandası tərəfindən görülən işlər nəticəsində ərazinin təxminən 12 faizi minalardan tamamilə və ya qismən təmizlənib. Ərazilərdə 50 mindən çox mina, 62 mindən çox PHS təmizlənib ki, bu da basdırılmış minaların cəmi 3,32 faizi deməkdir. Həmçinin xüsusi vurğulanıb ki, Azərbaycan dövləti minatəmizləmə əməliyyatının 95 faizini öz imkanları hesabına həyata keçirir.

İspaniyalı jurnalist məqalədə azərbaycanlı minaaxtaranların, xüsusən bu işə qoşulan qadınların fədakarlığına da geniş yer ayırıb. Bütün çətinliklərə baxmayaraq, bu fədakar qadınların doğma Vətənin təhlükəsizliyi və övladlarının gələcəyi üçün bu işdə yorulmadan çalışdıqları vurğulanıb. Qeyd olunub ki, qadınların səbirli və minatəmizləmə işində son dərəcədə diqqətli olmaları onların fəaliyyətinin səmərəliliyini xeyli artırır.

Yazıda qeyd edilir ki, Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəridir. Bu təşkilatın minatəmizləmə proqramları Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Onun 200 işçisi arasında 23-44 yaş arası 25 qadın minatəmizləyicilər var. "Qadınlar çox səbrlidirlər və minaların zərərsizləşdirilməsində çox səmərəlidirlər", deyə o izah edir. Amma o, həm də bəzi ailələrin qadınların bu ixtisaslı işlə məşğul olmasına qarşı çıxdığını etiraf edir.

Müəllif yazıda azərbaycanlı minaaxtaran qadınlarla söhbətlərindən geniş bəhs edib, onların bu təhlükəli iş barədə fikirlərini ispandilli oxucuların diqqətinə çatdırıb: “25 yaşlı Səlimə Mayılova universitetin kimya fakültəsini bitirdikdən sonra doqquz aydır minalardan təmizləmə proqramına qoşulub. “Ölkəmdə qadınların ilk kontingentinin bir hissəsi olmaq istədim. Valideynlərim bu işdə məni dəstəklədilər”, - deyə o vurğulayır. Dörd uşaq anası, 44 yaşlı Sehran Babayeva bildirir ki, “həyat yoldaşım həmişə məni dəstəkləsə də, uşaqlarım tamamilə mənə qarşı çıxdılar. Lakin səkkiz aydan sonra artıq hamı mənimlə fəxr edir. Ekologiya ixtisası üzrə ali təhsil almış 37 yaşlı Əminə Əliyeva 10 aydır ki, qadın kontingentindədir. O, “Vətənimizin təhlükəsizliyinin və uşaqlarımızın gələcəyinin yaxşılaşdırılmasında” iştirak etmək istədiyi üçün öz işini tərk edib”.

Məqalədə doğma yurdlarına qayıdan məcburi köçkünlər barədə də məlumat verilib. Müəllif Füzuli rayonunun mərkəzində müasir binaların inşa olunduğunu, buraya qayıdan keçmiş məcburi köçkünlərin yaradılan şəraitdən məmnun qaldıqlarını və gələcəyə nikbin baxdıqlarını qeyd edib: “Füzulinin mərkəzində bütün binalar yenidir və burada 2000-ə yaxın insan yaşayır. 77 yaşlı təqaüdçü Dərgah Xudiyev şahmat oynayır. O bildirir: “Müharibə nəticəsində məcburi köçkün kimi 30 il paytaxt Bakıda yaşadıqdan sonra altı aydır burada məskunlaşmışam”. O, indi mənzildə yaşayır, çox razı və nikbindir”.

Jurnalist Qervasio Sançez Fernandez mina hadisələri nəticəsində ağır xəsarətlər almış şəxslərlə də söhbətlərindən söz açıb, onların müsahibələrinə geniş yer verib. Yazıda mina partlayışı nəticəsində ayaqları amputasiya edilən 29 yaşlı Bəxtiyar Abbasov, 38 yaşlı Zaməddin Həsənov, 23 yaşlı Həsənəli Əliyev, 41 yaşlı Anar Hüseynov, 43 yaşlı Mənsur Məhərrəmov, 48 yaşlı Niyaməddin Verdiyevin müsahibələri diqqətə çatdırılıb. Müsahibələrində yaşadıqları həmin dəhşətli anlar barədə fikirlərini bölüşən mina qurbanları Azərbaycan dövləti tərəfindən protezlərlə təmin olunduqlarını, müalicələrinin daim diqqət mərkəzində saxlandığını vurğulayıblar.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
Hamısı