Azərbaycan-Pakistan arasında hərbi əməkdaşlıq: İki ölkə üçün Yeni Strateji Yol xəritəsi

Siyasət 15:00 17.07.2024

Azərbaycanın Pakistanla hərbi sahədə əməkdaşlığı uğurla davam edir. Ümumiyyətlə, əməkdaşlığı hərbi sahədə də aparılmasının xüsusi əhəmiyyəti var. Azərbaycan Respublikasının Prezidenti Pakistana rəsmi səfəri zamanı iki ölkənin digər sahələrdə olduğu kimi hərbi sahələr də əməkdaşlıq etdiyini bildirib.

Bu əməkdaşlıq ordumuza hansı töhfələri verəcək? 

“Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın artıq uzun illərdir ki, uğurla inkişaf etməsi ilk növbədə hər iki ölkənin geosiyasi maraqları ilə şərtləndirilir. Yəni, geosiyasət, digər sahələrdə olduğu kimi, hərbi istiqamətdə də yaxınlaşmanı labüd edir. Digər sahələri vurğulayıram, çünki həqiqətən də ölkələrimiz arasında bir tək hərbi deyil, humanitar, mədəni, təhsil sahələrində də ölkələr sıx əməkdaşlıq içindədir. Bu, dövlətimizin İslamabada sonuncu səfərindən özünü açıq şəkildə birüzə verdi, birgə iqtisadi layihələr də var. Hərbi əməkdaşlığa gəldikdə, burada bir neçə ölçü var.”

Bu fikirləri Ednews-a açıqlamasında hərbi ekspert Heydər Mirzə bildirib. O, həm də qeyd edib ki, Pakistan Azərbaycan üçün müasir silahların təchizatçısı rolunu oynayır:

“Bilirsiniz, Pakistan Azərbaycan Respublikası üçün müasir silah sistemlərinin, hərbi-texniki vasitələrin  təchizatçısı rolunu oynayır. Bu sahədə əməkdaşlıq uzun illərdir ki mövcuddur. Son illərdə daha çox Pakistan istehsalı olan “JF-17 Block lll” qırıcılarından bəhs olunur, diqqət bu mövzuda cəmləşdirilib. Lakin, məlum olan başqa silah sistemləri də var ki, nəyinki tərəfimizdən Pakistandan idxal olunur, hətta real hərbi əməliyyatlarda uğurla tətbiq də olunublar. Çox vaxt deyirlər ki, Pakistan ordusu olan dövlət deyil, dövləti olan ordudur. Buna görə də, öyrənməyə çox şey var. Digər bir tərəfdən hərbi, təhsil sahələri və birgə təlimlərdir ki, bunu da olduqca vacib hesab edirəm. Məsələ burasındadır ki, Pakistan bir dövlət olaraq, hərb mədəniyyətinə sahibdir və orada ordunun rolu olduqca böyükdür. Çox vaxt deyirlər ki, Pakistan ordusu olan dövlət deyil, dövləti olan ordudur. Pakistanın düşmənləri bunu istehza ilə deyir, lakin mən bu ifadəyə müsbət məna verirəm. Məncə bu ifadə qeyd olunan ölkənin həyatının bütün istiqamətlərində ordunun rolunu əks etdirir. Uzun sözün qısası, öyrənməyə çox şey var.

Pakistan döyüşgən dövlətdir, nəhəng və nüfuzlu düşmənləri, rəqibləri var və bu nəhənglərin qarşısında artıq bir əsrə yaxın müddətdir ki nəinki tab gətirir, hətta uğurla rəqabət də aparır. Dağlıq Kəşmirdə toqquşmalar daima baş verir, terrorla mübarizə daima gedir, eyni zamanda ölkənin hərbi təhsil ocaqları da dünya miqyasında tanınır və orada bir tək pakistanlı deyil, çoxlu sayda xarici ölkələrin kursant və zabitləri təhsil alırlar. O cümlədən bizim həmvətənlərimiz.”

Ekspert Pakistan ordusunun qarşılaşdığı təhlükələr bizim üzləşdiyimiz təhlükələrə bənzədiyi üçün birgə təlimlərin sayının artırılması olduğunu düşündüyünü bildirib:

“Düşünürəm ki birgə təlimlərin sayı və miqyası artmalıdır. Çünki həm Pakistan ordusunun qarşılaşdığı təhlükələr bizim qarşımızda hal-hazırda duran çağırışlara çox bənzəyir həm də operativ-taktiki mənada coğrafiyamız, iqlimimiz çox oxşardır. Yəni, onların təcrübəsi bizim üçün abstrakt nəzəri deyil, konkret praktiki anlam daşıyır.”

Fərid

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Hamısı