Ukrayna prezidenti Vlodimir Zelenski Böyük Britaniyanın Baş naziri keir Starmer ilə görüşdən narazı ayrılıb.
Ednews The Guardian-a istinadən xəbər verir ki, Starmer Zelenskinin Britaniya silahları ilə Rusiyaya hücum etmək çağırışına etiraz edib.
Zelenski bildirib ki, Rusiyanı sadəcə onun ərazisinə hücum etməklə məğlub etmək olar. Avropa dövlətləri Ukraynaya müdafiə üçün 100 milyon dollarlıq silah-sursat paketi versələr də, Rusiya ərazisinə edilən hücumların təhlükəli olduğunu bildiriblər.