Türkiyə ilə Yunanıstan arasında gərginlik vəziyyəti fərqli sferalarda davam edir.
Ednews xəbər verir ki, Türkiyə Yunanıstanı miqrasiya problemində günahkar görüb. Miqrantları Türkiyə sərhədinə göndərdiyi iddia edilən Yunan höküməti bu xəbər sərt reaksiya verib.
Qeyd edək ki, Türkiyə sərhəd xidməti Yunanıstan sərhəd qoşunlarının miqrantları sərhədini keçməyə kömək etdiyini göstərən görüntülər yayımlayıb.
Bundan başqa, Ankara iddia edib ki, Yunanıstan tərəfi miqrantları qayıqlarla Türkiyə adalarına yönləndirib.