Ermənistan müdafiə nazirinin birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan Londonda Böyük Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun həyata keçirtdiyi konfransa qoşulub. Konfrans çərçivəsində Asryan Böyük Britaniya Ordusunun Baş Qərargah rəisi ser C. Roland V. Valker ilə görüşüb.
Ednews erməni mediasına istinadən xəbər verir ki, görüşdə quru sərhədində potensial təhdidlərin qarşısının alınması, hava müdafəiəsi və hərbi əməkdaşlıq imkanları haqqında müzakirələr aparılıb.
İki ölkə arasında hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi və daha geniş şəkildə imkanların yaradılması üzrə danışıqlar aparılıb.