Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) baş katibi Altay Əfəndiyevlə görüşüb.
Ednews-un məlumatına görə, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Biz GUAM çərçivəsində birgə layihələrin inkişafı ilə bağlı səmərəli söhbət apardıq. Əməkdaşlığa və Ukraynaya dəstəyə görə minnətdarıq”, – paylaşımda qeyd olunub.