Heidi Khun: "Ərazilər minalardan təmizlənmədikcə mövcud 17 DİM-in icrası effektiv olmayacaq."

Siyasət 17:13 10.08.2024

"Sülhün Kökləri" təşkilatı Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə mina probleminin 18-ci DİM kimi qəbul olunması təşəbbüsünü dəstəkləməkdən qürur duyur. Həmçinin, təşkilatımız, hazırda, minatəmizləmə sahəsində BMTİP və ABŞ Dövlət Departamenti ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyətinə davam edir.”

Ednews xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Minasız dünya təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci məqsədi kimi" adlı layihə çərçivəsində keçirilən onlayn birgə görüş zamanı "Sülhün Kökləri" təşkilatının qurucusu və rəhbəri xanım Heidi Khun deyib. 

H.Khun çıxışında Azərbaycanın mövcud mina problemindən və 18-ci DİM-dən danışıb:

"Azərbaycanda ilk mina sahəsini gəzdiyim zaman 2022-ci ilin martı idi. Rusiya Ukrayna müharibəsinin başlanğıcından cəmi bir həftə keçmişdi. Mən Azərbaycan – Qarabağda minalarla çirklənmənin hansı səviyyədə olduğunun şahidi oldum. Dünya Azərbaycana yaxınlaşdıqca, məncə, biz müharibə şəraitində yaşayanların, səsini çatdıra bilməyənlərin, meyvələrini biçmək üçün tarlaya çıxmalı olanların səsi olmalıyıq. Biz yaxşı başa düşürük ki, 18-ci DİM-in qəbul olunması olduqca çətin prosesdir. Ancaq unutmamalıyıq ki, ərazilər minalardan təmizlənmədikcə orada mövcud 17 DİM-lərin icrasından söhbət belə gedə bilməz."

"Minaların mənfi təsirindən əziyyətçəkən ölkələrdə qadınlar mənə deyirlər ki, qardaşları, ataları, əmiləri ön cəbhədədilər və onlar özləri yetişmiş, sulu, şirəli meyvələri yığmaq üçün tarlalarda ayaqlarının ucunda gəzməlidirlər və meyvələri dərmək üçün həyatlarını riskə atmalıdırlar. Məncə bunlar dəhşətli hekayələrdir. Bütün bunları canlı izləyirik. Basdırılan hər minanın əvəzinə əkilən hər meyvə ağacı gələcək nəsilləri qidalandırır, lakin əkilmiş hər ağac Yer Ananın ağciyərlərini bərpa edəcək karbonu özündə saxlayır və beləcə biz iqlim dəyişikliyi ilə də mübarizə aparmalı oluruq. 

Sonda xanım Heydi Khun noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı da fikirlərini bildirib:

“Biz səbirsizliklə Bakıda keçiriləcək qlobal COP29 konfransının başlanmasını və orada birgə iştirakımızı gözləyirik. Mən inanıram ki, tərəfdaşımız BAMF ilə birlikdə bizim orada pavilyonumuz olacaq və öz fəaliyyətlərimizi və birgə sülh missiyamızı dünya liderlərinə çatdıra biləcəyik. Biz orada da 18-ci DİM-in dəstəklənməsi üçün 2022-ci ildə BMT-nin Baş katibinə ünvanlandığımız müraciətdəki kimi çağırışlar edəcəyik. Mən inanıram ki, COP29-da tərəfdaşım Umud Mirzəyevlə birlikdə mina probleminin 18-ci SDG kimi qəbul olunmasında böyük yol qət edəcəyik.”

Qeyd edək ki, onlayn görüşdə BAMF-ın partnyorları və layihə çərçivəsində əməkdaşlıq etdiyi təşkilatlar, mina aksiyası üzrə ixtisaslaşmış ekspertlər, BMT-nin Cenevrə və İstanbul ofisindən nümayəndələr, ABŞ-dan və Avropanın digər ölkələrindən olan qonaqlar iştirak ediblər.                 

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Hollivud “Hattuşalı Adama” Qapılarını Açır
22:51 19.07.2025
Britaniya yeni qırıcı təyyarə yaradır
22:24 19.07.2025
Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışdı
21:55 19.07.2025
Avstraliya Ukraynaya "Abrams" tankları verdi
21:24 19.07.2025
İranda ardıcıl ikinci güclü partlayış baş verdi
20:51 19.07.2025
ABŞ-dən asılılıq bitir: Avropa öz ordusunu qurur?
20:29 19.07.2025
Tramp Avropanı təhdid edir: Ən çox hansı ölkələr zərər görəcək?
19:51 19.07.2025
Suriyada yeni qarşıdurma: İsrailin dəstəklədiyi druzlar kimlərdir?
19:21 19.07.2025
Kiçik meyvənin böyük möcüzələri -Zeytunun daha əvvəl bilmədiyimiz faydaları
18:59 19.07.2025
"Genius" kriptovalyuta bazarında nələri dəyişəcək?
18:26 19.07.2025
“Visa” və “Mastercard”a qarşı araşdırmalar başladı
17:52 19.07.2025
Ağız qoxusunun əsl səbəbi bilindi
17:39 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü başlayıb
17:15 19.07.2025
"Onlar İlham Əliyevdən öyrənməyə çalışırlar"
17:02 19.07.2025
22 yaşlı qız döyülərək öldürüldü
16:55 19.07.2025
Hizbullah ABŞ-la razılaşmanın şərtlərini açıqladı
16:49 19.07.2025
"Ukraynanı dəstəkləməyə davam edəcəyik"
16:20 19.07.2025
"Hədəf Türkiyədir" -Suriyalı siyasi ekspert danışdı
15:56 19.07.2025
Pentaqon Microsoft-Çin əlaqəsini araşdıracaq
15:22 19.07.2025
İrəvan sərhəd məntəqəsinə Tələt Paşanın adının verilməsinə reaksiya verdi
14:52 19.07.2025
Aİ Rusiya ilə sərhədi qorumaq üçün Finlandiyaya vəsait ayıracaq
14:21 19.07.2025
Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 718 nəfərə çatıb
13:59 19.07.2025
Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib
13:45 19.07.2025
Avropa İttifaqının 18-ci sanksiyalar paketi qüvvəyə mindi
13:30 19.07.2025
Suriyanın Prezidenti Es-Süveydada atəşkəs elan edib
12:54 19.07.2025
Tramp hansı "möcüzə"dən danışır? -Ekspert Rəyi
12:22 19.07.2025
"Fənərbağça" Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib
12:06 19.07.2025
“Yeni yaşayış məntəqələrində əhalinin rifahı və təhlükəsizliyi təmin olunur” -Deputat Qarabağa qayıdışdan danışdı
11:51 19.07.2025
"Arsenal" yeni transferini elan etdi
11:14 19.07.2025
Castin Biberin borcunu həyat yoldaşı ödəyəcək?
10:41 19.07.2025
Güclü külək, aramsız yağış, daşqın və fırtına - Amerikalı alimlərdən dəhşətli proqnozlar
10:07 19.07.2025
Ürək dərmanları təhlükəli ola bilər
09:38 19.07.2025
"Belçika Nümayəndələr Palatasının qəbul etdiyi qətnamədə irəli sürülən ittihamları rədd edirik"
09:07 19.07.2025
"Moskvaya uçan dörd PUA vurulub"
09:06 19.07.2025
Tramp Merdokdan təzminat tələb edir
08:39 19.07.2025
Amazoniya-Azərbaycanda qadın dövləti
08:09 19.07.2025
Maduro Salvador hakimiyyətini ittiham edib
07:37 19.07.2025
İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər
07:04 19.07.2025
Suriya Əs-Suveydaya xüsusi təyinatlılar göndərəcək
06:35 19.07.2025
Alimlər nəsli kəsilməkdə olan növləri xilas etməyin yolunu tapıb
06:02 19.07.2025
Hamısı