Rusiyada Belqorod vilay'tinin qubernatoru fövqəladə vəziyyət elan edib.
Ednews The Guardian-a istinadən xəbər verir ki, qubernator Vyeçeslav Qladkov regiondakı vəziyyətin hər gün daha da çətin və gərginləşdiyini bildirib. Ukrayna ordusu davamlı şəkildə Belqoroda hava hücumları endirir və şəhərin infrastrukturunu sıradan çıxarır.
Qeyd edək ki, hazırda Ukrayna ordusu Kurskda Rusiya hücumlarını dəf etməyə çalışır.