2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 1 milyon 535 min 889 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.
Bu barədə Ednews-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, 2022-ci ilin mart-dekabr aylarında Rusiyadan 397 min 5, Ukraynadan isə 24 min 609 ölkəyə daxil olub.
Ötən il ərzində isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artış müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı Azərbaycana daxil olub.
Cari ilin yanvar-iyul aylarında 438 min 66 nəfər Rusiya, 20 min 189 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.