Sentyabrın 13-15-də Praqada NATO Hərbi Komitəsinin alyans ölkələrinin Baş Qərargah rəisləri səviyyəsində planlaşdırılan iclası keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
"NATO-nun ali hərbi orqanı olan Hərbi Komitə 2024-cü il sentyabrın 13-dən 15-dək Çexiyanın paytaxtı Praqada iclas keçirəcək. Şəxsi görüş zamanı Baş Qərargah rəisləri alyans çərçivəsində hərbi-strateji inkişafı müzakirə edəcəklər", - məlumatda deyilir.