“Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə azad edilmiş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək”.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.