Növbədənkənar parlament seçkilərinin siyasi proseslərə təsiri necə olacaq? – Politoloqdan ŞƏRH

Siyasət 14:08 15.08.2024

“Qanunverici orqan olaraq parlament bu sahədəki fəaliyyətinə görə prezident hakimiyyəti ilə müqayisədə hələ ki, arzuolunan səviyyədə fəal deyil, məhz buna görədir ki, müzakirəyə çıxarılan qanun layihələrinin sayında prezident aparatı 75-in 25 faiz nisbəti ilə parlamenti qabaqlayır, bu isə, o deməkdir ki, ölkə başçısının çağırışlarına baxmayaraq bizdə innovativ üsulla işləyə biləcək novatorçu parlament institutu hələ də formalaşmayıb”.

Bu sözləri Ednews-a açıqlamasında politoloq Elşən Manafov Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin siyasi proseslərə təsiri ilə bağlı fikir bildirərkən deyib.

Onun sözlərinə görə, hüquqi dövlət quruluculuğunda parlamentin ölkə qanunvericiliyi ilə təsbit olunmuş səlahiyyətləri var, o qanunverici orqan olaraq qanunların qəbul olunmasına məsul olan dövlət hakimiyyətinin bir qoludur.

Azərbaycanda dövlət idarəediciliyinin prezidentli respublika idarəedicilik forması mövcuddur. Prezident həm dövlət, həm də hökumət başçısıdır. Hökumətin təşkili işində parlament geniş səlahiyyətlərə malik deyil, üstəlik onun hökumətə etimad göstərməmək səlahiyyətləri də olduqca məhduddur, hökumət büdcə məsələləri ilə bağlı parlament qarşısında ildə bir dəfə (zəruri hallar olarsa daha çox) hesabat verir, hökumətin tərkibi prezident tərəfindən müəyyənləşdirilir və fəaliyyəti yönləndirilir.

“Parlament seçkilərinin hələ də mojaritar seçki prinsipi ilə keçirilməsi siyasi partiyaların ölkədə ictimai rəyin formalaşdırılmasında, siyasi proseslərə onların gerçək təsir imkanlarının müəyyən edilməsinə tam mənada aydınlığın gətirilməsinə şərait yaratmayıb. Yeni Azərbaycan partiyası parlament çoxluğunu təmsil etsə də, hökumətin formalaşması prezidentin siyasi iradə və istəyindən asılı olaraq həllini tapır. Siyasi partiyalar parlament seçkilərinə dəyər və ideoloji prinsiplər baxımından deyil, əsasən korporativ və ya konyuktiv maraqlar çərçivəsindən yanaşırlar. Ölkədə siyasi maarifləndirmə və hüquqi, siyasi düşüncə tərzi Avropa standartları səviyyəsində olmadığından seçicilər hansı partiyaların sağçı, solçu və ya mərkəzçi mövqelərdə olduqlarını belə bilmirlər”.

Siyasi şərhçi qeyd etdi ki, cəmiyyətdəki iqtisadi, sosial proseslərin müqayisəli təhlili göstərir ki, cəmiyyət "sola hamilədir", bunu bilən sağçı partiyalar solçu şüarlarlarla "seçici ovuna" çıxmağa çalışırlar. Parlament nümayəndəli demokratiya institutu kimi fəaliyyət göstərməlidir. Burada qanunvericilik proseslərinin nizamında cəmiyyətdən gələn sosial sifariş həlledici rola malik olmalı, parlamentin qəbul edilən qanunların icrasına qanunvericiliklə təsbit olunmuş səlahiyyətləri olmalıdır:

“Ölkədəki siyasi partiyalar siyasi hakimiyyət uğrunda mübarizəni siyasi ideoloji dəyərlər konteksində qurmağı bacarmalı, parlamentdəki fəaliyyətləri də bu prinsiplər üzərində aparılmalıdır. Bu ilki parlament seçkilərinin əvvəlkilərlə müqayisədə bütün ölkə ərazisində keçirilməsi perspektivdə parlamentin nümayəndəli demokratiya institu kimi fəaliyyətinin mövcud reallıqlar üstündə qurularaq genişlənməsinə öz töhfəsini vermiş olacaq. Parlamentin səlahiyyətləri genişləndirilmədən, proporsional seçki sistemini bərpa etmədən siyasi partiyaların parlament çərçivəsindəki fəaliyyətini müasir dövrün çağırışlarına nəzərən qurmaq və genişləndirmək bir qədər çətin olacaq. Hakimiyyət güclü siyasi müxalifətin ərsəyə gəlməsində maraqlı olmalıdır, bu halda ölkədəki siyasi proseslərə demokratik prinsip və dəyərlərin təsiri də güclənəcək. Müxalifətin ölkə parlamentində fraksiya olaraq hələ toparlana bilməməsi şəraitində parlamentin siyasi proseslərə hər hansı bir ciddi siyasi təsir göstərəcəyi nonsensdir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı