Ukrayna və Rusiya Kursk vilayətində əsir götürülən hərbçilərin mübadiləsi ilə bağlı danışıqlar aparır.
Ednews xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatı “Financial Times”a məlumat verib.
Xatırladaq ki, “Axmat” xüsusi təyinatlı dəstəsi də daxil olmaqla böyük bir rus əsgəri qrupu Kursk bölgəsində Ukrayna hərbçilərinə təslim olub.
Qeyd edək ki, ukraynalı ombudsman Dmitri Lubinets əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlindiyini açıqlayıb. Lubinets təşəbbüsü Rusiya tərəfinin irəli sürdüyünü bildirib.