“Taliban”ın Ticarət Nazirliyinin verdiyi məlumata görə, bu formatda ticarət, nəqliyyat və logistika məsələləri, faydalı qazıntı yataqlarının, o cümlədən karbohidrogenlərin işlənməsi və Əfqanıstanın şimalında illik gücü 1 milyon ton olan sement zavodunun tikintisi ilə bağlı üçtərəfli danışıqlar aparılacaq.
Ednews xəbər verir ki, Özbəkistan nümayəndə heyətinə investisiyalar, sənaye və texnologiyalar naziri Laziz Kudratov, Azərbaycan nümayəndə heyətinə isə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov rəhbərlik edir. Talibanın Ticarət Nazirliyi tərəfindən onları müvafiq olaraq Nureddin Azizi və Əhmədulla Zahid qəbul edib.