Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir.
Ednews xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziya Prezidenti Coko Vidodoya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
"İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İndoneziya əlaqələri, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə birgə fəaliyyətimiz, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir”, - dövlət başçısının məktubunda qeyd edilib.