Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən ümumxalq səsverməsində (referendum) saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 3 348 535 nəfəri (63,6 %) səsvermədə iştirak edib.