İran prezidentinin rəsmi saytının yaydığı məlumata görə, İran və Vyetnam iki ölkə arasında qarşılıqlı viza rejiminin ləğv edilməsi barədə saziş imzalanıb.
Sazış İran prezidenti Həsən Ruhani və Vyetnam prezidenti Tran Day Kuanq arasında Xanoyda keçirilən görüşdə imzalanıb.
Bundan başqa, tərəflər həmçinin İKT sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.
Xatırladaq ki, İran prezidenti Həsən Ruhani böyük nümayəndə heyəti ilə oktyabrın 5-də Vyetnamda rəsmi səfərdə olub.