Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev səlahiyyətlərinin icrasına başlayan Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoralla görüşüb. Görüşdə cənab Mirzəyev Erkan Özoralı təbrik edib və yeni vəzifəsində uğurlar arzulayıb.
Qeyd edək ki, E.Özoral bundan əvvəl Türkiyə XİN-də baş direktorun müavini vəzifəsində çalışıb. Ancaq cənab səfir Azərbaycan üçün yeni sima deyil. O, əvvəllər dörd il boyunca ölkəsinin Azərbaycandakı səfirliyində ikinci katib vəzifəsində işləyib və səmərəli fəaliyyət göstərib.